Komandada üzvləri arasında koronavirusa kütləvi yoluxma hallarına görə istirahətə buraxılan "Neftçi" yenidən məşqləri bərpa edib.
Komanda 13 nəfərlə hazırlığa başlayıb ki, bunlardan da 2-si qapıçıdır. Səlahət Ağayev uzun müddətdən sonra məşqə qatılıb. “Neftçi”də son olaraq qızdırması olan Yusuf Lavalın testinin nəticəsi mənfi çıxıb. Qeyd edək ki, hazırda "Neftçi"də Samir Abasovla yanaşı, onun köməkçiləri Qədir Həsənov və Vəfadar Quliyev, həmçinin qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mert Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrin aktiv koronavirus xəstələridir.